menu
searchAxtarmaq üçün bura yazın
PG0462 · Julienne Collection

Esotico

“Chayki Restaurant” üçün xüsusi olaraq hazırladığımız “Esotico” perqolası “Julienne” kolleksiyamıza aiddir. Perqola və onun hazırlanmasında istifadə olunan bütün detallar IDEA tərəfindən həll, dizayn və istehsal olunub. 

Fərqli dizayna sahib olan bu perqola sizə sütunlarını üzərinə sarmaşıqlar, güllər və ya digər bitki növləri əlavə edərək onu fərdiləşdirməyinizə icazə verir.

Perqola sadəcə estetik görünüşünə görə deyil, eyni zamanda texniki xüsusiyyətləriylə də permiumluq hissini yaradır.

Qlulaminasiya olunmuş taxta sizə 12 metr uzunluğa qədər sütünsuz inşa imkanı verir və uzun müddətli istifadədə taxtanı əyilməkdən qoruyur. Bununla yanaşı yapışqanlı taxtanı istənilən formaya salmanız mümkündür. 

Emprenye edilmiş taxta açıq hava şəraitində perqolanı çürümədən, həşəratlardan və termitlərdən qoruyur. Perqolanın rənglənməsi üçün  “EN 71-3 Oyuncaqlar üçün təhlükəsizlik” sertifikasiyana sahib olan su əsaslı boyadan istifadə edilib. Boya suitələyici xassəyə malikdir və taxtanı ultrabənövşəyi şüalardan qoruyur. Bu da taxtada rəng solması, quruma və çatlama hallarının qarşısını alır.

Paslanma problemini aradan qaldırmaq üçün bütün metal birləşmələr qalvaniz olunub və toz örtüklü boyayla rənglənib. 

Bolt birləşmə strukturundan istifadə perqolanın daşınılmasını və quraşdırılmasını asanlaşdırır. Eyni zamanda onu daha dayanıqlı edir.

 


Bu məhsulu paylaşın
Əlaqə formu

Bizimlə əlaqə saxlayın

Hər hansı bir sualınız varsa, bizimlə əlaqə saxlamaqdan çəkinməyin. Sizə kömək etməkdən məmnunluq duyuruq. Biz ən qısa zamanda sizinlə əlaqə saxlayacayıq.

Əlaqədar fayllar

Əlaqədar layihələr

Layihə

Chayki Restоranı

“Chayki” - ənənəvi Azərbaycan mətbəxi restoranı. Şəhərin tam mərkəzində, geniş yaşıl bağ və milli ənənələri müasir dizayn yanaşması ilə birləşdirən bənzərsiz bi…

Bakı, Azərbaycan
2018
Daha çox
Esotico · Julienne Collection - IDEA.AZ Esotico · Julienne Collection - IDEA.AZ Esotico · Julienne Collection - IDEA.AZ Esotico · Julienne Collection - IDEA.AZ Esotico · Julienne Collection - IDEA.AZ Esotico · Julienne Collection - IDEA.AZ Esotico · Julienne Collection - IDEA.AZ Esotico · Julienne Collection - IDEA.AZ


Axtarış nəticələri: