menu
searchAxtarmaq üçün bura yazın
PG0457 · Collezione Collection

Station

Avtobus dayanacağı olaraq IDEA tərəfindən həll, dizayn və istehsal olunan Collezione kolleksiyasına aid “Station” perqolasıyla tanış olun.

Taxta jalüzlərin əyrilik dərəcəsi dayanacaqda gözləyən sərnişinlər üçün kölgəli ərazi yaratmaq məqsədilə hesablanılıb. 

Dayanacağın uzun ömürlülüyünü qorumaq məqsədilə perqolada emprenye olunmuş taxtadan və qalvanizasiya olunmuş metal birləşmələrdən istifadə etdik. 

Emprenye edilmiş taxta açıq hava şəraitində perqolanı çürümədən, həşəratlardan və termitlərdən qoruyur. Perqolanın rənglənməsi üçün  “EN 71-3 Oyuncaqlar üçün təhlükəsizlik” sertifikasiyana sahib olan su əsaslı boyadan istifadə edilib. Boya suitələyici xassəyə malikdir və taxtanı ultrabənövşəyi şüalardan qoruyur. Bu da taxtada rəng solması, quruma və çatlama hallarının qarşısını alır. 

Paslanma problemi ilə qarşılaşmamağınız üçün bütün metal birləşmələr qalvaniz olunub.
Bolt birləşmə strukturlarından istifadə perqolanın asan daşınıla və quraşdırıla bilən, eyni zamanda konstruksiyanı daha dayanıqlı edir.


Bu məhsulu paylaşın
Əlaqə formu

Bizimlə əlaqə saxlayın

Hər hansı bir sualınız varsa, bizimlə əlaqə saxlamaqdan çəkinməyin. Sizə kömək etməkdən məmnunluq duyuruq. Biz ən qısa zamanda sizinlə əlaqə saxlayacayıq.

Əlaqədar fayllar
Station · Collezione Collection - IDEA.AZ Station · Collezione Collection - IDEA.AZ Station · Collezione Collection - IDEA.AZ Station · Collezione Collection - IDEA.AZ Station · Collezione Collection - IDEA.AZ Station · Collezione Collection - IDEA.AZ Station · Collezione Collection - IDEA.AZ


Axtarış nəticələri: